"Son antiterror əməliyyatları zamanı və onda öncə Vətən Müharibəsində həlak olan şəxslərin və ailə üzvlərinin banklara olan borcları tamamilə silinib”.
“APA-Economics” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Azərbaycan Banklar Assosiasiyası"nın sədri Zakir Nuriyev deyib.
O bildirib ki, qazilərin kredit borclarına hesablanmış faizlər dayandırılıb. Bundan başqa fərdi müraciətlər əsasında mövcud borcların silinməsinə baxıla bilər.