Azərbaycan dövlətinin borclanma siyasəti ölkənin milli maraqlarına cavab verir.
APA-nın xəbərinə görə, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə parlamentin bu gün keçirilən plenar iclasında büdcə müzakirələri zamanı deyib.
O bildirib ki, Azərbaycan dünyada ən az borcu olan ölkələr sırasındadır: “Elə ölkələr var ki, onlara ümumiyyətlə borc verilmir, ona görə də onların borcları yoxdur. Azərbaycan isə MDB ölkələri arasında da ən az borca malik olan ölkələrdən biridir”.