Kondoliza Rays Rusiya ilə Gürcüstan arasında imzalanacaq sülh sazişini bu gün Tiflisə gətirəcək
15 avqust 2008 07:27 (UTC +04:00)
Paris-APA. Fransa prezidenti Nikola Sarkozi və ABŞ dövlət katibi Kondoliza Rays birgə bəyanatla çıxış ediblər. APA-nın məlumatına görə, bəyanatda Gürcüstan və Rusiyadan hərbi əməliyyatları dayandırmaq, təcili sülh sazişi imzalamaq tələb olunur: “Artıq bu münaqişəyə son qoymaq vaxtı çatıb. Ərazi bütövlüyünə, müstəqilliyinə və suverenliyinə hörmətlə yanaşdığımız Gürcüstan normal həyata qayıtmaq hüququna malikdir”. Kondoliza Rays və Nikola Sarkozi iki tərəf arasında rəsmi qaydada atəşkəs rejimi haqqında rəsmi saziş imzalanmasının vacibliyini vurğulayıblar. Jurnalistlərə açıqlama verən Nikola Sarkozi qeyd edib ki, sülh sazişinin imzalanması üçün bütün müvafiq sənədləri Tiflisə şəxsən ABŞ-ın dövlət katibi Kondoliza Rays aparacaq. O, ABŞ dövlət katibinin eyni məqsədlə Moskvaya səfər edib-etməyəcəyinə aydınlıq gətirməyib.
MDB
Bişkekin mərkəzində əcnəbilərlə davadan sonra əraziyə minə yaxın insan toplaşıb
01:24
18 may 2024
Sankt-Peterburqda hərbi akademiyada partlayış olub, 7 nəfər yaralanıb - YENİLƏNİB
22:36
17 may 2024
Rusiya Xarkova aviazərbələr endirib, ölənlər və yaralananlar var
17:47
17 may 2024
Erməni deputat: Paşinyan istefa vermək məsələsini heç kimlə müzakirə etmək niyyətində deyil
17:32
17 may 2024