Bank Of Baku

Gürcüstan prezidenti Mixail Saakaşvili Rusiya ilə atəşkəs haqqında sazişə imza atıb

Gürcüstan prezidenti Mixail Saakaşvili Rusiya ilə atəşkəs haqqında sazişə imza atıb
# 16 avqust 2008 07:15 (UTC +04:00)
Görüşdən sonra keçirilən mətbuat konfransında qeyd olunub ki, atəşkəs haqqında sazişə qarant tərəf olaraq Avropa İttifaqının sədri, Fransa prezidenti Nikola Sarkozi də imza atıb. Bu gün sənədi Rusiya prezidenti Dmitri Medvedevin imzalayacağı gözlənilir.

Atəşkəs sazişi Rusiya qoşunlarının təxirə salınmadan Gürcüstan ərazisindən çıxarılmasını, hər iki ölkənin hərbi birləşmələrinin öz dislokasiya yerlərinə qayıtmasını nəzərdə tutur. Bundan başqa sənəddə beynəlxalq sülhməramlı əməliyyatlar barədə də müddəa öz əksini tapıb.

ABŞ dövlət katibi Kondoliza Rays bildirib ki, Rusiya qoşunları təcili olaraq Gürcüstan ərazisini tərk etməlidir, yalnız bundan sonra ölkənin dağıdılmış infrastrukturunun bərpası istiqamətində iş başlayacaq. O, ATƏT müşahidəçilərinin Gürcüstana gəlməyə hazır olduğunu da deyib. ATƏT təmsilçiləri tərəflərin saziş çərçivəsində üzərinə götürdükləri öhdəliklərin icrasına nəzarət edəcəklər. Dövlət katibi Rusiyanın beynəlxalq müşahidəçilərlə əməkdaşlığına ümidvar olduğunu söyləyib. O, həmçinin baş verən son hadisələrin ABŞ və Avropa dövlətlərinin Rusiya ilə münasibətlərini sual altına qoyduğunu vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR