Bank Of Baku

Rusiya prezidenti Dmitri Medvedev atəşkəs haqqında sazişi imzalamağa razılıq verib

Rusiya prezidenti Dmitri Medvedev atəşkəs haqqında sazişi imzalamağa razılıq verib
# 16 avqust 2008 07:26 (UTC +04:00)
APA-nın “Qruziya-online” saytına istinadən yaydığı məlumata görə, Rusiya prezidenti bu barədə Fransa prezidenti Nikola Sarkozi ilə telefon danışığında bildirib. Sarkozinin sözlərinə görə, Rusiya prezidenti atəşkəs sazişində nəzərdə tutulan öhdəliklərin hamısını, o cümlədən qoşunların Gürcüstan ərazisindən çıxarılması barədə öhdəliyi yerinə yetirməyə razılıq verib.

Qeyd edək ki, dünən axşam Mixail Saakaşvili atəşkəs haqqında sazişi imzalayıb. Saziş altı bənddən ibarətdir:
1) Güc tətbiqindən imtina;
2) Hər növ hərbi əməliyyatların qəti şəkildə dayandırılması;
3) Humanitar yardıma sərbəst çıxış;
4) Gürcüstan Silahlı Qüvvələrinin daimi dislokasiya yerlərinə qayıtması;
5) Rusiya Silahlı Qüvvələrinin hərbi əməliyyatlar başlamazdan əvvəlki xəttə qayıtması;
6) Abxaziya və Cənubi Osetiyaya beynəlxalq təhlükəsizlik və stabillik qarantiyasının verilməsi.


Rusiya tərəfi isə prezidentin bu sazişi imzalayacağı ilə bağlı xəbərə münasibət bildirməyib. Rusiya Xarici İşlər Nazirliyindən “İnterfaks”a bildiriblər ki, qeyd olunan sənədin altında Mixail Saakaşvilinin imzasını görməyənə qədər, bu məsələyə heç bir münasibət bildirilməyəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR