Bank Of Baku

Rumıniya Gürcüstana silah satdığını etiraf edib

Rumıniya Gürcüstana silah satdığını etiraf edib
# 16 avqust 2008 07:34 (UTC +04:00)
Buxarest-APA. “Rumıniya dünya ölkələrin silah satan dövlətlərdən biridir və Gürcüstan bizdən silah alan tərəfdaşımızdır”. APA-nın “Qruziya-online” saytına istinadən yaydığı məlumata görə, bu bəyanatla Rumıniyanın müdafiə naziri Teodor Meleşkanu çıxış edib. O bildirib ki, Gürcüstana silah leqal əsaslarda satılır: “Bu ölkə embarqo altında deyil, Gürcüstana silah isə aktiv hərbi əməliyyatlar dövründə satılmayıb. Buna görə də Rumıniyanı münaqişə tərəflərindən birinin mövqeyini dəstəklədiyini söyləmək əsassızdır”. Meleşkanu Gürcüstana nə qədər silah satıldığını açıqlamayıb, o yalnız bildirib ki, alqı-satqı əməliyyatları yerli və beynəlxalq qanunlara uyğun şəkildə, həmçinin Silah İxracına Nəzarət üzrə Milli Agentliyin razılığı əsasında həyata keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR