Bank Of Baku

“The Guardian”: “Sxinvalidə gürcü milliyyətindən olan 131 mülki şəxs girov saxlanır”

“The Guardian”: “Sxinvalidə gürcü milliyyətindən olan 131 mülki şəxs girov saxlanır”
# 18 avqust 2008 10:38 (UTC +04:00)
Sxinvali-APA. Hazırda Sxinvalidə 131 nəfər gürcü mülki şəxs girov saxlanır. APA-nın Rusiya mətbuatına istinadən yaydığı məlumata görə, Böyük Britaniyanın “The Guardian” qəzeti hərbi əməliyyatlardan əvvəl işləmək üçün Cənubi Osetiya paytaxtına gələn 131 gürcünün girov götürülərək tanınmamış respublikanın Daxili İşlər Nazirliyinin saxlanma təcridxanasına salındığını yazıb. Girov saxlanan gürcülərin yarıdan çoxu qadındır, girovlar arasında 12 yaşlı qız da var. Britaniya mətbuatı həmin şəxslərin girov götürülmüş osetinlərlə dəyişdirilməsi məqsədilə saxlandığını bildirir. Tanınmamış respublikanın rəhbərliyi gürcü milliyyətindən olan mülki şəxslərin girov götürülməsi faktını təkzib etməyib. Separatçı rejimin baş prokuroru Taymuraz Kuqayev “The Guardian”a bildirib ki, mülki şəxslər müharibə dövrünün qanunlarına əsasən girov götürülüblər. Onun sözlərinə görə, Cənubi Osetiya təmsilçiləri gürcü girovların dəyişdirilməsi təklifi ilə beynəlxalq təşkilatlara və Gürcüstan rəhbərliyinə müraciət etsə də, rəsmi Tiflis bundan imtina edib. Taymuraz Kuqayev həmçinin Gürcüstanda da 500-dən artıq osetin milliyyətindən olan mülki şəxsin girov saxlandığını vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR