Bank Of Baku

BQXK prezidentinin Rusiya-Gürcüstan münaqişəsindən əziyyət çəkən bölgələrə səfəri başlayıb

BQXK prezidentinin Rusiya-Gürcüstan münaqişəsindən əziyyət çəkən bölgələrə səfəri başlayıb
# 18 avqust 2008 11:35 (UTC +04:00)
Tiflis – APA . Avqustun 17-də Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) prezidenti Yakob Kellenberger Gürcüstana və Rusiya Federasiyasına səfəri başlayıb. BQXK-dən Bakı nümayəndəliyindən APA-ya verilən məlumata görə, səfərin məqsədi Gürcüstan, Rusiya və Cənubi Osetiya qoşunları arasında silahlı münaqişə nəticəsində yaranmış humanitar təsiri qiymətləndirməkdir.

Y. Kellenberger bazar günü Tiflisdə Gürcüstan prezidenti Mixail Saakaşvili ilə görüşüb. Avqustun 19-da isə BQXK prezidentinin Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrov da daxil olmaqla vəzifəli şəxslərlə görüşləri gözlənilir.

O, həmçinin, Rusiya Federasiyasının Vladiqafqaz və Cənubi Osetiyanın Sxinvali şəhərlərinə də səfərlər edərək, orada hakimiyyət orqanları ilə danışıqlar aparacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR