Bank Of Baku

AŞ PA-nın Gürcüstan üzrə həmməruzəçiləri son hadisələrlə bağlı Tiflisə gedəcəklər

AŞ PA-nın Gürcüstan üzrə həmməruzəçiləri son hadisələrlə bağlı Tiflisə gedəcəklər
# 18 avqust 2008 14:05 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. Gürcüstanın üzərinə götürmüş olduğu öhdəliklərin monitorinqini həyata keçirən AŞ PA məruzəçiləri Matyas Eorsi (Macarıstan) və Kastriot İslami (Albaniya) ölkədəki vəziyyətlə bağlı məlumat torlamaq və ən yüksək siyasi səviyyədə müzakirələr aparmaq üçün gələn həftə Tiflisə gedəcəklər. Bu barədə APA-ya Avropa Şurasının Bakıdakı nümayəndəliyindən məlumat verilib. Avqustun 18-21-də baş tutacaq səfər zamanı həmməruzəçilərin prezident Mixail Saakaşvili, parlamentin sədri, xarici işlər naziri, reinteqrasiya naziri, daxili işlər naziri və müdafiə naziri ilə görüşləri nəzərdə tutulub. Həmməruzəçilər həmçinin bu yaxınlarda baş vermiş münaqişə nəticəsində meydana gələn məcburi köçkünlərlə görüşəcək və Qori şəhərinə səfər edəcəklər. AŞ PA məruzəçilərinin bu həftənin sonunda Rusiyaya da səfəri gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR