Bank Of Baku

Rusiya qoşunları Qorini tərk etməyə başlayıb

Rusiya qoşunları Qorini tərk etməyə başlayıb
# 20 avqust 2008 07:34 (UTC +04:00)
Tiflis-APA. Rusiya qoşunları Qori şəhərini tərk etməyə başlayıblar. APA-nın “Reuters”ə istinadən yaydığı məlumata görə, artıq altı PDM, üç tank, özüyeriyən zenit-raket kompleksi, yük maşını və benzindaşıyan maşın şəhəri tərk edib. Hərbi maşın kolonnası Qoridən Sxinvaliyə, oradan isə Vladiqafqaza gedəcək. Qeyd edək ki, dünən NATO-ya üzv ölkələr Rusiyanı verdiyi vədə əməl etməməkdə, öz qoşunlarını Gürcüstan ərazisindən çıxarmamaqda ittiham ediblər. Dünən Fransa prezidenti ilə telefon söhbətində Rusiya prezidenti Dmitri Medvedev Rusiya hərbçilərinin əsas hissəsinin Qori şəhərinin avqustun 22-də tərk edəcəyini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR