Bank Of Baku

BMT Təhlükəsizlik Şurasına Rusiya-Gürcüstan münaqişəsinə dair yeni qətnamə layihəsi təqdim edilib

BMT Təhlükəsizlik Şurasına Rusiya-Gürcüstan münaqişəsinə dair yeni qətnamə layihəsi təqdim edilib
# 20 avqust 2008 07:47 (UTC +04:00)
Nyu-York-APA. BMT Təhlükəsizlik Şurasına Rusiya-Gürcüstan münaqişəsinə dair yeni qətnamə layihəsi təqdim edilib. APA-nın “RİA Novosti” agentliyinə istinadən yaydığı məlumata görə, qətnamə layihəsində Rusiya və Gürcüstandan atəşkəs haqqında imzalanmış altı maddəlik sazişin bəndlərinə əməl olunması və Rusiya qoşunlarının təcili olaraq Gürcüstan ərazisindən çıxarılması tələb edilir. Qətnamə layihəsinin müəllifi Fransadır. Rusiyanın BMT-dəki daimi nümayəndəliyinin rəhbəri Vitali Çurkin ölkəsinin bu qətnamə layihəsini dəstəkləməyəcəyini bildirib: “Qətnamənin səsverməyə çıxarılması əbəs yerə vaxt itirmək deməkdir. Moskva imzaladığı sazişə sadiqdir, lakin qətnamə layihəsini ruhu münaqişənin qəbul olunmuş həll planına ziddir”. ABŞ-ın BMT-dəki səfiri Aleandro Vulf isə bildirib ki, Rusiya qoşunlarının Gürcüstan ərazisindən hansı motivlərlə çıxarılmasından asılı olmayaraq, bu hadisənin təhqiqatı aparılacaq: “Rusiya təxirə salınmadan öz qoşunlarının Gürcüstan ərazisindən çıxarmalıdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR