Bank Of Baku

Britaniyanın xarici işlər naziri: “Rusiya son on ildə yalnız beynəlxalq hüquq normalarını pozmaqla məşğul olub”

Britaniyanın xarici işlər naziri: “Rusiya son on ildə yalnız beynəlxalq hüquq normalarını pozmaqla məşğul olub”
# 20 avqust 2008 07:56 (UTC +04:00)
Tiflis-APA. “Tiflisə səfərimin məqsədi Gürcüstana dəstək vermək, NATO Xarici İşlər Nazirləri Şurasının mövqeyini dəstəkləmək və beynəlxalq aləmdə tanınmış prinsipləri müdafiə etməkdir”. APA-nın məlumatına görə, bu fikirləri Gürcüstanda səfərdə olan Böyük Britaniyanın xarici işlər naziri Devid Milibend söyləyib. O, Rusiyanın son on il ərzində yalnız beynəlxalq norma və prinsipləri pozmaqla məşğul olduğunu bildirib. Gürcüstan prezidenti Mixail Saakaşvili ilə NATO Xarici İşlər Nazirləri Şurasının son toplantısının yekunlarını müzakirə edən Devid Milibend hərbi alyansın bu münaqişə ilə bağlı vahid mövqedə olduğunu vurğulayıb: “NATO-ya üzv ölkələrin xarici işlər nazirlərinin Rusiyaya münasibətdə mövqeyi eynidir. Biz Rusiyanın hərəkətlərini pisləyir, bu ölkəni öz qoşunlarının Gürcüstandan çıxarmağa çağırırıq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR