Bank Of Baku

Rusiya ordusunun zabiti Gürcüstana casusluqda ittiham olunaraq həbs edilib

Rusiya ordusunun zabiti Gürcüstana casusluqda ittiham olunaraq həbs edilib
# 20 avqust 2008 09:57 (UTC +04:00)
Saxlanan şəxsə qarşı dövlətə xəyanət maddəsi ilə cinayət işi başlanıb. Federal Təhlükəsizlik Xidmətindən bildirilib ki, Mixail Xaçidze ötən il Gürcüstanda olan zaman casusluğa cəlb olunub, daha sonra isə Rusiya Silahlı Qüvvələri, hərbi birləşmələrin döyüş hazırlığı səviyyəsi barədə məxfi məlumatlar toplamağa başlayıb. Qeyd edək ki, Cənubi Osetiyada hərbi münaqişə başlayan zaman Federal Təhlükəsizlik Xidməti Rusiya ərazisində fəaliyyət göstərən gürcü xüsusi xidmət orqanlarının casus şəbəkəsinin zərərsizləşdirildiyini bəyan etmişdi. Bu fakt üzrə doqquz nəfərin həbs olunduğu bildirilsə də, hadisənin detalları hələ də açıqlanmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR