Bank Of Baku

Corc Buş Rusiya prezidentini Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanımamağa çağırıb

Corc Buş Rusiya prezidentini Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanımamağa çağırıb
# 26 avqust 2008 07:22 (UTC +04:00)
APA-nın məlumatına görə, ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Robert Vud bildirib ki, bu qərar qəbul olunmazdır. O, Rusiyanı Gürcüstanın ərazi bütövlüyünə hörmətlə yanaşmağa çağırıb.

Ağ Evin nümayəndəsi Toni Fratto isə bildirib ki, ABŞ Rusiya ilə münasibətləri qiymətləndirməklə məşğuldur: “Biz Rusiya ilə gələcək münasibətləri yenidən dəyərləndiririk. Cənubi Osetiya və Abxaziyanın taleyi bir ölkənin qərarından asılı ola bilməz. Hər iki ərazinin gələcək statusu hər iki regionun əhalisi, Gürcüstan və BMT-nin iştirakı ilə keçiriləcək sülh danışıqları və müzakirələrin predmetidir. Hər iki region BMT qətnamələrinin bir hissəsidir və bu qətnamələri Rusiya da dəstəkləyib”.

Qeyd edək ki, Corc Buş rusiyalı həmkarı Dmitri Medvedevi Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanımamağa çağırıb. ABŞ prezidenti bildirib ki, Gürcüstanın
ərazi bütövlüyünə və sərhədlərinə Rusiya və digər ölkələrin ərazi bütövlüyü və sərhədləri kimi hörmətlə yanaşılmalıdır: “ABŞ Gürcüstan xalqını, gürcü demokratiyasını bu ölkənin suverenlik və ərazi bütövlüyünü dəstəkləməkdə davam edəcək”.
Almaniyanın kansleri Angela Merkel də Rusiya prezidentinin hər iki separatçı rejimin müstəqilliyini tanımayacağına ümidvar olduğunu bildirib: “Dövlət Duması və Federasiya Şurasında Abxaziya ilə Cənubi Osetiyanın müstəqilliyinin tanınması barədə qətnamənin qəbulunu narahatlıqla izlədim. Ümidvaram ki, Rusiya prezidenti bu qərarı təsdiqləməyəcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR