Bank Of Baku

Gürcüstan rəsmiləri Rusiyanı işğalçılıqda ittiham ediblər

Gürcüstan rəsmiləri Rusiyanı işğalçılıqda ittiham ediblər
# 26 avqust 2008 14:20 (UTC +04:00)
Tiflis-APA. “Rusiya prezidenti Dmitri Medvedevin Abxaziya və Cənubi Osetiyanın müstəqil dövlət kimi tanıması Moskvanın Gürcüstan ərazilərini anneksiya etməsi anlamı daşıyır”. APA-nın məlumatına görə, bu bəyanatla Gürcüstanın xarici işlər nazirinin müavini Qiqa Bokeriya çıxış edib. O bildirib ki, bu addımı Gürcüstanın bir hissəsi olan torpaqların anneksiya edilməsindən başqa cür qiymətləndirə bilməz.

Gürcüstan Milli Təhlükəsizlik Şurasının katibi Kaxa Lomaya isə Gürcüstanla Rusiyanın münasibətlərinin uzun müddətə dayandırıldığını bəyan edib: “Rusiyanın separatçı bölgələrin müstəqilliyini tanımaq qərarının Gürcüstan üçün heç bir hüquqi nəticəsi yoxdur. Çünki Gürcüstanın suverenliyini tənzimləyən əsas hüquqi sənəd beynəlxalq hüquq normalarına cavab verən ölkə Konstitusiyasıdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR