Bank Of Baku

Gürcüstanın MDB-dən çıxması məsələsi qurumun XİN və dövlət başçıları şuralarının növbəti iclaslarının gündəliyinə salınıb

Gürcüstanın MDB-dən çıxması məsələsi qurumun XİN və dövlət başçıları şuralarının növbəti iclaslarının gündəliyinə salınıb
# 26 avqust 2008 14:44 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Gürcüstanın MDB-dən çıxması məsələsi qurumun xarici işlər nazirləri Şurasının və dövlət başçıları Şurasının iclaslarının gündəliyinə salınacaq. APA-nın məlumatına görə, bu barədə MDB daimi nümayəndələr Şurasının bu gün Minskdə keçirilmiş iclasında qəbul edilib. Rusiyanın MDB-dəki daimi nümayəndəsi Yevgeni Belov jurnalistlərə bildirib ki, Gürcüstan XİN-dən MDB-nin İcra Komitəsinə bu ölkənin qurumdan çıxması barədə rəsmi sənədlər daxil olub.

Gürcüstanın son 3 ildə MDB-də demək olar ki, fəaliyyət göstərmədiyini deyən Y. Belov qurumdan çıxmağın Gürcüstanın suveren hüququ olduğunu deyib. O, həmçinin bildirib ki, Gürcüstan imzaladığı bütün müqavilə və sazişləri vaxtı bitənədək yerinə yetirmək niyyətini təsdiqləyib.

Qeyd edək ki, MDB XİN başçıları Şurasının iclası oktyabrın 9-da, dövlət başçıları Şurasının iclası isə oktyabrın 10-da Bişkekdə keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR