Bank Of Baku

Dmitri Medvedev Rusiya XİN-ə Abxaziya və Cənubi Osetiya ilə diplomatik münasibətlər qurmaq barədə göstəriş verib

Dmitri Medvedev Rusiya XİN-ə Abxaziya və Cənubi Osetiya ilə diplomatik münasibətlər qurmaq barədə göstəriş verib
# 26 avqust 2008 14:55 (UTC +04:00)
Moskva-APA. Rusiya prezidenti Dmitri Medvedev ölkənin xarici siyasət idarəsinə Abxaziya və Cənubi Osetiya ilə diplomatik münasibətlər qurmaq barədə göstəriş verib. APA-nın “RİA Novosti” agentliyinə istinadən yaydığı məlumata görə, Rusiya Xarici İşlər Nazirliyi bir müddət əvvəl tanıdığı bu separatçı bölgələrlə “Dostluq, əməkdaşlıq və qarşılıqlı yardım haqqında saziş”in mətnini hazırlayır. Son məlumatlara görə, Rusiya ordusunun bölmələri Abxaziya və Cənubi Osetiya “prezidentlərinin” xahişi ilə qeyri-müəyyən müddətə kimi bu bölgədə qalmaqda davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR