Bank Of Baku

Medvedevin fərmanından sonra Rusiya şirkətlərinin səhmləri sürətlə ucuzlaşmağa, dollar isə bahalaşmağa başlayıb

Medvedevin fərmanından sonra Rusiya şirkətlərinin səhmləri sürətlə ucuzlaşmağa, dollar isə bahalaşmağa başlayıb
# 26 avqust 2008 15:04 (UTC +04:00)
Moskva-APA. Rusiya prezidentinin Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanımaq barədə fərmanı ölkənin qiymətli kağızlar bazarına ciddi zərbə vurub. APA-nın məlumatına görə, fərman açıqlandıqdan sonra birjalarda Rusiya şirkətlərinin səhmləri sürətlə ucuzlaşmağa başlayıb. Rusiya şirkətlərinin məcmu göstəricisi olan RTS indeksi bir neçə dəqiqə ərzində 1 faiz aşağı düşüb. Bununla da gün ərzində RTS indeksi ümumilikdə 6 faiz aşağı düşüb. Moskva Banklararası Valyuta Birjasında isə bir neçə dəqiqə ərzində 5 faiz ucuzlaşma qeydə alınıb. Bu fərman Rusiyanın aparıcı şirkətlərinə daha çox ziyan vurub. Artıq “Sberbank”ın səhmləri 9%, “Qazprom” və “Norilskiy nikel”in səhmləri 7,5%, “Lukoyl” və “Rosneft”in səhmləri isə 5% ucuzlaşıb. Paralel olaraq birjalarda rus rublu dəyər itirməkdə, dollar isə bahalaşmaqdadır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR