Bank Of Baku

ATƏT sədri Rusiya prezidentinin fərmanını pisləyib

ATƏT sədri Rusiya prezidentinin fərmanını pisləyib
# 26 avqust 2008 15:33 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. ATƏT-in fəaliyyətdə olan sədri, Finlandiyanın xarici işlər naziri Aleksandr Stubb Rusiyanın Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanımaq barədə qərarını pisləyib. APA-nın məlumatına görə, ATƏT-in mətbuat xidmətinin yaydığı bəyanatda bildirilir ki, Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanınması ATƏT-in fundamental prinsiplərini pozur: “Rusiya ATƏT-ə üzv bütün ölkələr kimi, digər ölkələrin suverenitet və ərazi bütövlüyünə hörmət etməlidir. Rusiya dərhal Gürcüstan öz qoşunlarını çıxarmalı və atəşkəs haqqında sazişi, o cümlədən Fransa prezidenti Nikola Sarkozinin məktubunda göstərilən modallığı həyata keçirməlidir. Beynəlxalq ictimaiyyət birtərəfli qaydada bufer zonaların yaradılmasını qəbul edə bilməz”. Bəyanatda həmçinin deyilir ki, ATƏT atəşkəs barədə sazişin yerinə yetirilməsi üzrə monitorinqi davam etdirəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR