Bank Of Baku

Daha bir neçə ölkə Rusiya prezidentinin fərmanını pisləyən bəyanatla çıxış edib

Daha bir neçə ölkə Rusiya prezidentinin fərmanını pisləyən bəyanatla çıxış edib
# 26 avqust 2008 15:47 (UTC +04:00)
London. Paris. Stokholm. Berlin. Kiyev-APA. ABŞ dövlət katibi Kondoliza Rays və ATƏT sədri Aleksandr Stubbun ardınca Böyük Britaniya, Fransa, İsveç, Almaniya və Ukrayna rəsmiləri də Rusiya prezidenti Dmitri Medvedevin Cənubi Osetiya və Abxaziyanın müstəqilliyinin tanınması qərarını pisləyiblər. APA-nın məlumatına görə, Britaniya Xarici İşlər Nazirliyinin nümayəndəsi bildirib ki, London Gürcüstanın ərazi bütövlüyünü sonadək dəstəkləyəcək. Gürcüstanın ərazi bütövlüyünə hörmətlə yanaşılmasının vacibliyi İsveçin xarici işlər naziri Karl Bildtin də bəyanatında öz əksini tapıb. Karl Bildt Rusiyanın bu addımını beynəlxalq hüququn şüurlu şəkildə pozması kimi dəyərləndirib. Fransa rəsmi dairələri isə Rusiya rəhbərliyinin qərarını “təəssüfə layiq addım” adlandırıblar. Almaniya kansleri Angela Merkel də Rusiyanı beynəlxalq hüquq normalarını pozmaqda ittiham edib. Ukrayna baş nazirinin müavini Qriqori Nemırya isə bəyan edib ki, Gürcüstanın suverenliyinin və ərazi bütövlüyünün dəstəklənməsi rəsmi Kiyevin dəyişməz və prinsipial mövqeyidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR