Bank Of Baku

Sergey Lavrov: “NATO ölkələri Gürcüstanı yeni növ silahlarla təmin etməyə başlayıb”

Sergey Lavrov: “NATO ölkələri Gürcüstanı yeni növ silahlarla təmin etməyə başlayıb”
# 26 avqust 2008 17:04 (UTC +04:00)
Soçi – APA. NATO ölkələri Gürcüstana silah-sursat göndərməyə başlayıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib. S. Lavrov Cənubi Osetiyada hərbi əməliyyatlar həyata keçirən Gürcüstan rəhbərliyini təmizə çıxarmaq istəyənləri ikiüzlülükdə və həyasızlıqda ittiham edib.

“Gürcüstan prezidenti Mixail Saakaşviliyə vəd verirlər ki, NATO onu müdafiə edəcək, hətta rəsmi Tiflisi silahlandırmağa çağırırlar. Bizdə olan məlumatlara görə, həmin ölkələr artıq Gürcüstanın təcavüzü zamanı istifadə olunmuş hərbi infrastrukturu bərpa etməklə, bu ölkəni yeni növ silahlarla təmin etməyə başlayıblar” – deyə nazir qeyd edib.

S. Lavrov NATO üzvü olan bütün ölkələrin bu prosesdə iştirak etdiyini vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR