Bank Of Baku

Rusiyada 9 bal gücündə zəlzələ baş verib

Rusiyada 9 bal gücündə zəlzələ baş verib
# 27 avqust 2008 08:25 (UTC +04:00)
APA-nın məlumatına görə, yeraltı təkanlar İrkutskda 6-7 bal, Baykalskda 8 bal, Usolye-Sibirsk, Anqarsk və Çeremxovoda 5 bal gücündə hiss olunub. Hələlik dağıntı və tələfat barədə məlumat yoxdur. Zəlzələ Novosibirsk, Krasnoyarsk, hətta Çitada belə hiss olunub. Təbii fəlakət adı çəkilən şəhərlərdə kütləvi təşvişə səbəb olub. İlk təkanlardan sonra əhali yaşayış binalarını tələm-tələsik tərk etməyə başlayıb. Bölgədə inzibati qurumlar, restoran və mağazaların işi iflic vəziyyətinə düşüb. Hazırda İrkutsk vilayətində Fövqəladə Hallar Nazirliyinin bölmələri 1 nömrəli hazırlıq vəziyyətinə gətirilib. İrkutsk Torpaqşünaslıq İnstitutunun rəhbərliyi dağıntılara səbəb olacaq yeraltı təkanların gözlənmədiyini bildirib. Son məlumatlara görə, yeraltı təkanlar Kuzbass, Tomsk və Xakasiyada da hiss olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR