Bank Of Baku

Şərqi Avropanın ən böyük bazarı yanır

Şərqi Avropanın ən böyük bazarı yanır
# 27 avqust 2008 09:58 (UTC +04:00)
Xarkov-APA. Xarkovda yerləşən Şərqi Avropa bölgəsinin ən böyük alış-veriş mərkəzi olan “Barabaşovo” bazarında yanğın baş verib. APA-nın “RİA Novosti”yə istinadən yaydığı məlumata görə, alov 60 hektar ərazidə yerləşən bazarın əksər hisasəsini öz ağuşuna alıb. Hazırda alovun söndürülməsi üçün əraziyə Xarkov və yaxın bölgələrdən yanğınsöndürmə briqadaları çağırılıb. Qeyd edək ki, bu, “Barabaşovo” bazarında 2008-ci ildə baş verən ikinci yanğındır. Yazda baş verən ilk yanğın 2 hektar ərazini külə döndərib, nəticədə ticarət obyektlərinin sahiblərinə ümumilikdə 10 milyon dollar ziyan dəyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR