Bank Of Baku

Sergey Lavrov: “ABŞ-ın raket hücumundan müdafiəyə dair daha iki mövqe rayonu yaratmaq planlarından xəbərdarıq”

Sergey Lavrov: “ABŞ-ın raket hücumundan müdafiəyə dair daha iki mövqe rayonu yaratmaq planlarından xəbərdarıq”
# 11 sentyabr 2008 15:37 (UTC +04:00)
APA-nın məlumatına görə, artıq fəaliyyətdə olan iki mövqe rayonu Alyaska və Kaliforniyada yerləşir, üçüncü belə nöqtə isə Polşa və Çexiya ərazisində yaradılmaqdadır. Sergey Lavrov yaxın illər ərzində bu komplekslərin yeganə hədəfinin yalnız Rusiyanın strateji arsenalı olacağını bildirib.

Qeyd edək ki, ABŞ Senatı dünən adı açıqlanmayan ərazidə əlavə radar tikilməsinə 89 milyon dollar ayrılmasına dair qərar qəbul edib. Rusiya tərəfi bu radarın İsraildə tikiləcəyini iddia edir. Ruslar ABŞ-ın Yaponiyada da daha bir radar kompleksi yerləşdirməyi düşündüyünü bildirirlər. Moskvadakı mənbə “RİA Novosti”yə deyib ki, ABŞ beş mövqe rayonu yaradacağı təqdirdə Rusiya, Şimali Koreya və Çinin strateji raket bazalarını tam şəkildə öz radiolokasiya müşahidəsi altına almış olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR