Bank Of Baku

Moskvada skinxedlərin hücumu iki dəfə azalıb

Moskvada skinxedlərin hücumu iki dəfə azalıb
# 20 sentyabr 2008 10:37 (UTC +04:00)
Moskva - APA. 2008-ci ildə Rusiyada milli zəmində hücumların sayı azalıb. APA-nın məlumatına görə, “Sova” Analitik İnformasiya Mərkəzinin direktor müavini Qalina Kojevnikova bildirib ki, hüquq müdafiəçilərinin apardığı monitorinqlərin nəticələrinə əsasən, Moskvada skinxedlərin hücumlarında təxminən iki dəfə azalma baş verib.

Q. Kojevnikova deyib ki, milli zəmində baş verən cinayətlər nəticəsində 2008-ci ildə 71 nəfər ölüb, 268 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Qeyd edək ki, digər təşkilat - İnsan Haqları Təşkilatının Moskva bürosu başqa rəqəmlər açıqlayıb. Büronun rəhbəri Aleksandr Brod avqustun 1-də verdiyi açıqlamada ilin əvvəlindən ksenofobiya və irqi dözümsüzlük zəminində Rusiyada 73 nəfərin öldürüldüyünü bildirmişdi.

“Sova” təşkilatının məlumatına görə, 2008-ci ildə dini obyektlərə qarşı 50-dən çox vandalizm aktı həyata keçirilib. Bunlardan 20-si yəhudi, 11-i pravoslav, 5-i isə müsəlman dini obyektinə qarşı baş verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR