Bank Of Baku

Qazaxıstan Poti limanında taxıl terminalı tikmək planından imtina edib

Qazaxıstan Poti limanında taxıl terminalı tikmək planından imtina edib
# 22 sentyabr 2008 13:02 (UTC +04:00)
Astana-APA. Qazaxıstan Gürcüstanın Poti limanında taxıl terminalı tikmək fikrindən imtina edib. APA-nın məlumatına görə, ölkənin kənd təsərrüfatı naziri Akilbek Kurişbayev bildirib ki, bu qərardan imtinaya səbəb avqustda baş verən hadisələrdən sonra Gürcüstanda yaranmış vəziyyətdir. Qeyd edək ki, Qazaxıstan Gürcüstan iqtisadiyyatına ən çox sərmayə yatıran ölkələrdən sayılır. Ötən ilin iyununda imzalanmış hökumətlərarası sazişə əsasən, Qazaxıstan Poti limanında taxıl terminalı tikməli idi. Astana bu layihəyə 10 milyon dollar sərmayə qoyulacağını bildirmişdi.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR