Bank Of Baku

Ukrayna parlamentinin təhqiqat komissiyası Gürcüstana qanunsuz silah satışı faktını təsdiqləyib

Ukrayna parlamentinin təhqiqat komissiyası Gürcüstana qanunsuz silah satışı faktını təsdiqləyib
# 08 oktyabr 2008 14:04 (UTC +04:00)
Kiyev-APA. Gürcüstana silah satışının qanuniliyini araşdıran Ukrayna Ali Radasının xüsusi komissiyası satılan silahların döyüş növbəsindən çıxarıldığını təsdiqləyib. APA-nın məlumatına görə, komissiyanın sədri Valeri Konovalyuk bildirib ki, Gürcüstana satılan “Buk-M1” zenit-raket kompleksi birbaşa döyüş növbəsindən çıxarılıb və bununla ölkənin milli təhlükəsizlik maraqlarına ciddi zərbə vurulub. O, kompleksin Gürcüstana müdafiə naziri Yexanurovun sərəncamı ilə satıldığını təsdiqləyib. Bu satışdan Ukraynanın 10 milyon dollar zərər etdiyini deyən deputat bildirib ki, ölkəsinin Gürcüstana silah satmaq hüququ var, amma son satış Ukrayna qanunlarını pozaraq həyata keçirilib. O, satışdan əldə olunan vəsaitin böyük bir qisminin dövlət büdcəsinə daxil olmadığını deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR