Bank Of Baku

Bernar Kuşner: “Biz Tiflisə hücum etmək niyyətində olan rusları qısa müddətdə dayandıra bildik”

Bernar Kuşner: “Biz Tiflisə hücum etmək niyyətində olan rusları qısa müddətdə dayandıra bildik”
# 10 oktyabr 2008 14:30 (UTC +04:00)
Tiflis - APA. Gürcüstanda vəziyyətin stabilləşdirilməsi üzrə “Sarkozi-Medvedev” sazişinin yerinə yetirilməsinin ilk mərhələsi başa çatıb. APA-nın “Novosti-Qruziya” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Fransanın xarici işlər naziri Bernar Kuşner Gürcüstanın Qori şəhərində jurnalistlərə açıqlamasında deyib. Rus qoşunlarının tərk etdiyi kəndlərə baş çəkən və yerli əhali ilə görüşən nazir iki ay əvvəlki vəziyyəti xatırladıb: “Burada ruslar vardı, döyüşlər gedirdi, Gürcüstan bombalanırdı. Biz Tiflisə hücum etmək niyyətində olan rusları qısa müddətdə dayandıra bildik”. B. Kuşner bildirib ki, rus qoşunlarının Gürcüstan ərazisindən çıxarılması yalnız başlanğıcdır və oktyabrın 15-də Cenevrədə siyasi danışıqlar prosesi başlayacaq: ”Danışıqlarda BMT, Avropa Birliyi, ATƏT və digər beynəlxalq strukturların nümayəndələri də iştirak edəcək. Dialoqa start veriləcək və yəqin ki, bir neçə iclas keçirmək lazım gələcək. Atəşin dayandırılması haqda saziş hər şeyi əhatə etmir. Biz əhalinin münaqişə zonasına qayıtması üçün çalışmalıyıq”. B. Kuşnerin sözlərinə görə, Rusiya qoşunları Axalqori rayonu və daha bir neçə kənddə qalmağa davam edir və növbəti danışıqlarda onların da çıxarılması müzakirə ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR