Bank Of Baku

Viktor Yuşşenko parlament seçkilərinin vaxtının dəyişdirilməsi barədə sərəncam imzalayıb

Viktor Yuşşenko parlament seçkilərinin vaxtının dəyişdirilməsi barədə sərəncam imzalayıb
# 21 oktyabr 2008 07:11 (UTC +04:00)
Kiyev-APA. Ukrayna prezidenti Viktor Yuşşenko növbədənkənar parlament seçkilərinin vaxtının dəyişdirilməsi haqqında sərəncam imzalayıb. APA-nın məlumatına görə, dekabrın 7-nə təyin olunmuş seçkilərin vaxtı bir həftə uzadılıb. Viktor Yuşşenko seçkilərin vaxtının dəyişdirilməsinə görə məsuliyyəti baş nazir Yuliya Timoşenkonun daşıdığını bildirib. Onun sözlərinə görə, növbədənkənar seçkilərin keçirilməsi barədə prezident sərəncamı nə hökumət, nə də baş nazir tərəfindən yerinə yetirilməyib. Bu səbəbdən Ukrayna Milli Təhlükəsizlik Şurası prezidentə seçkilərin tarixinin dekabrın 14-nə dəyişdirilməsini tövsiyə edib. Yuşşenko həmçinin söz verib ki, onun istefaya göndərdiyi parlament bir neçə günlük öz işini bərpa edəcək. O, müvafiq sərəncamı bazar ertəsi imzalayacağını deyib. Prezidentin sözlərinə görə, parlamentin işinin müvəqqəti bərpası böhrana qarşı bəzi qanunların qəbulu ilə bağlıdır. Qeyd edək ki, prezident Yuşşenko Ali Radanın buraxılması və növbədənkənar seçkilərin təyin olunması barədə sərəncamı oktyabrın əvvəllərində imzalayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR