Bank Of Baku

Dmitri Medvedev Qarabağ münaqişəsinin həlli üçün 14 ildir saxlanılan konyak çəlləyinin üzərinə imza atıb

Dmitri Medvedev Qarabağ münaqişəsinin həlli üçün 14 ildir saxlanılan konyak çəlləyinin üzərinə imza atıb
# 21 oktyabr 2008 14:30 (UTC +04:00)
İrəvan – APA. Ermənistan və Rusiya prezidentləri arasında keçirilən görüşdə yeni Atom Elektrik Stansiyasının tikintisi, dəmir yolu inşaatı və bir sıra digər məsələlər müzakirə olunub. APA-nın “Armtoday” saytına istinadən verdiyi məlumata görə, bunu Ermənistan prezidenti Serj Sarkisyan rusiyalı həmkarı Dmitri Medvedevlə keçirdiyi birgə mətbuat konfransında deyib. Ölkədə Rusiya sərmayəsi ilə 1200-ə yaxın müəssisənin fəaliyyət göstərdiyini, bunun kiçik Ermənistan üçün ciddi rəqəm olduğunu söyləyən S. Sarkisyan bildirib ki, iqtisadi sahədə cəsur birgə layihələr haqqında danışmağın vaxtı çatıb: “Rusiya prezidenti hesab edir ki, iqtisadi münasibətlər siyasi münasibətlərin səviyyəsinə çatmalıdır”. D. Medvedev isə Ermənistan və Rusiyanın təkcə dost, qonşu, tərəfdaş olmadığını vurğulayıb: “Bizim münasibətlərimizin xüsusi kimyası var və bu, mürəkkəb erməni və rus tarixinin gedişində formalaşıb”. Rusiya prezidenti Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində də Ermənistanla əlaqələrin dərinləşməsini gözlədiyini dilə gətirib.

Bu gün S. Sarkisyan və D. Medvedev İrəvan konyak zavodunda da olublar. Müəssisəni gəzən Rusiya prezidenti 1994-cü ildən bəri içində konyak spirti saxlanılan çəlləyin qarşısında dayanıb. 1994-cü ildə Rusiyanın vasitəçiliyi ilə Azərbaycanla Ermənistan arasında atəşkəs sazişinin imzalanmasından sonra saxlanılan və Sülh çəlləyi adlandırılan çəlləyin münaqişənin həll olunduğu gün açılması nəzərdə tutulub. D. Medvedev çəlləyin üzərinə öz imzasını atıb. Ənənəyə uyğun olaraq Rusiya prezidentinə konyak çəlləyi hədiyyə edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR