Bank Of Baku

Yuliya Timoşenkonun vətənə xəyanət etməsi təsdiqlənməyib

Yuliya Timoşenkonun vətənə xəyanət etməsi təsdiqlənməyib
# 06 noyabr 2008 12:47 (UTC +04:00)
Kiyev – APA. Ukrayna Baş Prokurorluğu prezident katibliyinin baş nazir Yuliya Timoşenkoya qarşı irəli sürdüyü vətənə xəyanət ittihamını təsdiqləməyib. APA-nın “UNİAN”a istinadən verdiyi məlumata görə, bu barədə jurnalistlərə “Yuliya Timoşenko” blokundan olan deputat Svyatoslav Oliynık məlumat verib. O, Baş Prokurorluğa müraciət edərək prezident katibliyi əməkdaşlarının ittihamlarının araşdırılmasını xahiş etdiyini və bu müraciətə cavab aldığını deyib. Baş prokurorun müavini Vitali Şotkin cavab məktubunda bildirib ki, hökumət başçısı və Nazirlər Kabinetinin ayrı-ayrı üzvlərinin hərəkətlərində Ukraynanın milli maraqlarına zidd heç nə aşkarlanmayıb.

Xatırladaq ki, bu ilin avqustunda prezident Viktor Yuşşenkonun yaxın ətrafı Yuliya Timoşenkonu vətənə xəyanətdə və Rusiya ilə gizli sövdələşməyə getməkdə ittiham etmişdi. Buna baş nazirin Rusiya-Gürcüstan münaqişəsi ilə bağlı Rusiyanı günahlandırmaqdan imtina etməsi səbəb olmuşdu.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR