Bank Of Baku

Şimali Osetiya hökuməti: Vladiqafqazda terror aktını kamikadze qadın törədib

Şimali Osetiya hökuməti: Vladiqafqazda terror aktını kamikadze qadın törədib
# 06 noyabr 2008 16:40 (UTC +04:00)
Vladiqafqaz-APA. Şimali Osetiya hökuməti Vladiqafqazda sərnişin mikroavtobusunda terror aktının kamikadze qadın tərəfindən törədilməsi versiyasını təsdiqləyib. APA-nın “İnterfaks”a istinadən yaydığı məlumata görə, bu barədə Şimali Osetiya prezidenti Teymuraz Mamsurovun güc strukturlarının rəhbərləri ilə keçirdiyi fövqəladə toplantıda məlumat verilib. Bundan başqa partlayışın gücünün 300-500 qram trotil ekvivalentində olduğu müəyyənləşib.

Qeyd edək ki, bu gün Bakı vaxtı ilə 15.30 radələrində Vladiqafqazda mikroavtobusun partlaması nəticəsində 11 nəfər həlak olub, 44 nəfər yaralanıb. APA-nın məlumatına görə, partlayışın baş vermə səbəbi məlum deyil. İlkin ehtimala görə, insident qaz balonunun alışması nəticəsində baş verib. Hadisə sərnişin dayanacağında baş verdiyindən partlayış dalğası bir neçə mikroavtobusu da sıradan çıxarıb. Şahidlər hadisənin terror aktı olduğunu bildirirlər. İstintaq orqanları da baş verən hadisədə terror versiyasını istisna etməyiblər. Faktla bağlı terrorçuluq və qətl maddələri üzrə cinayət işi başlanıb, təhqiqat aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR