Bank Of Baku

Serj Sərkisyan: “Münaqişənin nizamlanmasına dair Ermənistan və erməni diasporu daxilində ictimai müzakirələrə ehtiyac var”

Serj Sərkisyan: “Münaqişənin nizamlanmasına dair Ermənistan və erməni diasporu daxilində ictimai müzakirələrə ehtiyac var”
# 07 noyabr 2008 09:07 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. «Əgər kəsişmə nöqtələrimiz üst-üstə düşərsə, hesab edirik ki, nizamlanmanın baza prinsipləri haqqında saziş, sonra isə əsas sülh müqaviləsi imzalanacaq”. APA-nın məlumatına görə, bu fikirləri Ermənistan prezidenti Serj Sərkisyan Brüsseldə Avropa Komissiyasının sədri Joze Manuel Barozzo ilə keçirdiyi birgə mətbuat konfransında deyib. O xatırladıb ki, Moskva görüşündə Azərbaycan prezidenti İlham Əliyevlə xarici işlər nazirlərinin Madrid təklifləri əsasında danışıqları davam etdirməsi barədə razılığa gəliblər. Sərkisyan həmçinin deyib ki, bu müddət ərzində ictimai müzakirələrə də ehtiyac yaranacaq: “Mən Ermənistan və erməni diasporunda belə müzakirələrin aparılmasına ehtiyac görürəm”. Azərbaycan prezidenti ilə keçirdiyi görüşlərə toxunan Sərkisyan bəyan edib ki, belə görüşlər müsbət qərarlarla nəticələnir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR