Bank Of Baku

Gürcüstan müxalifəti etiraz aksiyası keçirir

Gürcüstan müxalifəti etiraz aksiyası keçirir
# 07 noyabr 2008 12:18 (UTC +04:00)
Tiflis – APA. Gürcüstanın birləşmiş müxalifəti Tiflisin Rustaveli prospektində yerləşən parlament binasının qarşısında etiraz aksiyası keçirir. APA-nın “Novosti-Qruziya” agentliyinə istinadən verdiyi məlumata görə, aksiya dinc nümayişin dağıdıldığı 2007-ci ilin 7 noyabr hadisələrinin ildönümü münasibətilə təşkil olunub. İştirakçıların sayı o qədər də çox deyil və prospektdə nəqliyyatı hərəkəti dayanmayıb. Birləşmiş müxalifətin liderləri, o cümlədən prezidentliyə keçmiş namizəd Levan Qaçeçiladze mitinqdə iştirak edirlər. Müxalifətin əsas tələbi 2009-cu ilin yazında növbədənkənar prezident və parlament seçkilərinin keçirilməsi, ötən ilin 7 noyabrında polisə müqavimət ittihamı ilə həbs olunmuş şəxslərin azadlığa buraxılması və “İmedi” telekanalının mərhum iş adamı Badri Patarkasişvilinin ailəsinə qaytarılmasını tələb edirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR