Bank Of Baku

Rusiya Mərkəzi Bankı sədrinin birinci müavininin qətlini sifariş verən şəxs 19 il azadlıqdan məhrum edilib

Rusiya Mərkəzi Bankı sədrinin birinci müavininin qətlini sifariş verən şəxs 19 il azadlıqdan məhrum edilib
# 13 noyabr 2008 13:31 (UTC +04:00)
Moskva-APA. Rusiya Mərkəzi Bankı sədrinin birinci müavini Andrey Kozlovun qətlinin sifarişçisi, bankir Aleksey Frenkel məhkəmənin hökmü ilə 19 il müddətinə azadlıqdan məhrum edilib. APA-nın məlumatına görə, məhkəmə sifarişli qətli icra edən Aleksey Polovinkin isə ömürlük azadlıqdan məhrum edib. Məhkəmə istintaqı zamanı Kozlov və sürücüsünə Polovinkinin atəş açdığı dəqiqləşib. Cinayət işində adları hallanan digər şəxslər isə 6 ildən 24 ilədək müxtəlif müddətlərə azadlıqdan məhrum ediliblər. Qeyd edək ki, Andrey Kozlov 2006-cı il sentyabrın 13-də qətlə yetirilib. Təhqiqat zamanı qətlin Aleksey Frenkel tərəfindən sifariş olunduğu müəyyənləşib. Frenkel bu addımı Kozlovun tətbiq etdiyi əmanətlərin sığortalanması üsulunun onun rəhbərlik etdiyi banka külli-miqdarda zərər vurması ilə əsaslandırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR