Bank Of Baku

7 yaşlı qız dörd gecə meşədə qalıb

7 yaşlı qız dörd gecə meşədə qalıb
# 10 iyul 2009 08:21 (UTC +04:00)
Bakı – APA. Yeddi yaşlı qız 3 gün və 4 gecəni meşədə keçirib. APA-nın məlumatına görə, xilasedicilər Rusiyanın Yəhudi Muxtar Vilayətinin Dejnevo kəndinin sakini Yulya Kaldıbanı meşədə sağ-salamat tapıblar. Bu müddətdə heç nə yeyib-içməyən qızcığaz dərhal xəstəxanaya çatdırılıb.

Fövqəladə Hallar Nazirliyinin vilayət idarəsindən “İTAR TASS”-a bildirilib ki, meşədə azan Y. Kaldıba çox zəifləyib. Yulyanı xilas edənlərin sözlərinə görə, o, dostları - 6 yaşlı qız və 5 yaşlı oğlanla oğlanın qonşu Kvaşino kəndində yaşayan nənəsigilə getmək istəyiblər. 6 km uzaqlıqda yerləşən kəndə kəsə yolla getmək qərarına gələn uşaqlar yollarını meşədən salıb və azıblar.

5 yaşlı oğlan və 6 yaşlı qız Kvaşino kəndinə gecənin yarısı gəlib çatıblar. Onlara yolu tapmaqda uzaqdan gördükləri işıq və diskotekadan gələn musiqi səsi kömək edib. Yulyanı isə qaranlıqda itiriblər. İyulun 6-da səhər tezdən Yulyanın axtarışları başlayıb. Xilasedicilərlə yanaşı, hər iki kənddən onlarla sakin də axtarışlarda iştirak edib. Axtarış tədbirlərinə vertolyot da cəlb olunub. Nəhayət, taqətdən düşmüş Yulyanı sıx kolluqda xilasedici Vyaçeslav Timaşkov tapıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR