Bank Of Baku

Çeçenistanda milisə müqavimət göstərən 5 terrorçu öldürülüb

Çeçenistanda milisə müqavimət göstərən 5 terrorçu öldürülüb
# 13 iyul 2009 08:37 (UTC +04:00)
Qroznı-APA. Çeçenistanda keçirilən xüsusi əməliyyatlar zamanı beş silahlı öldürülüb. APA-nın “İnterfaks”a istinadən yaydığı məlumata görə, insident Çiri-Yurt yaşayış məntəqəsi yaxınlığında baş verib. Milis əməkdaşları “Jiquli” markalı maşını saxlayaraq baxış keçirmək istəyən zaman maşında olan şəxslər hüquq-mühafizə orqanlarının əməkdaşlarına avtomat silahlardan atəş açıblar. Cavab atəşi ilə maşındakı üç şəxs öldürülüb. Onların şəxsiyyəti dəqiqləşdirilir. Qroznının digər hissəsində sənədləri yoxlanmaq üçün saxlanan iki nəfər milisə müqavimət göstərib, nəticədə onların hər ikisi zərərsizləşdirilib. Qeyd edək ki, iyulun 4-də İnquşetiyada Çeçenistandan olan 9 milis əməkdaşı öldürülüb. Bundan sonra iki respublikanın sərhədində silahlılara qarşı xüsusi əməliyyat keçirilib. Əməliyyat zamanı bir neçə silahlı öldürülüb, özünü “İçkeriya Respublikasının daxili işlər naziri” elan edən Rustaman Maxauri isə həbs olunub. Doku Umarovun sabiq mühafizəçisi olan Maxauri Rusiya hüquq-mühafizə orqanları ilə əməkdaşlıq etməyə razılıq verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR