Bank Of Baku

Rusiya prezidenti Cənubi Osetiyaya səfər edib

Rusiya prezidenti Cənubi Osetiyaya səfər edib
# 13 iyul 2009 13:50 (UTC +04:00)
Sxinvali – APA. Rusiya Federasiyasının prezidenti Dmitri Medvedev bu gün Cənubi Osetiyaya səfər edib. APA-nın məlumatına görə, Sxinvali hava limanında Rusiya prezidentini tanınmamış “Cənubi Osetiya Respublikasının prezidenti” Eduard Kokoytı qarşılayıb.
Təntənəli qarşılanma mərasimindən sonra Medvedevlə Kokoytı arasında ikitərəfli görüş keçirilib. Kokoytı Cənubi Osetiyanın “müstəqilliyinin tanınmasına görə” Medvedevə təşəkkürünü bildirib. Medvedev isə öz növbəsində tanınmamış respublikanın iqtisadiyyatının inkişafı üçün əlindən gələni əsirgəməyəcəyini deyib, müdafiə məqsədli birgə tədbirlərin həyata keçirilməsinin vacibliyini vurğulayıb.
Qeyd edək ki, Rusiya 2008-ci ilin avqustunda Gürcüstanla müharibədən sonra avqustun 26-da Cənubi Osetiya və Abxaziyanın “müstəqilliyini” tanıyıb. Rusiyadan başqa bu addımı yalnız Nikaraqua atıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR