Bank Of Baku

Saakaşvili Rusiya prezidentinin Sxinvaliyə səfərini “Rusiya diplomatiyasının ən utandırıcı səhifəsi” adlandırıb

Saakaşvili Rusiya prezidentinin Sxinvaliyə səfərini “Rusiya diplomatiyasının ən utandırıcı səhifəsi” adlandırıb
# 14 iyul 2009 12:51 (UTC +04:00)
Bakı-APA. Gürcüstan prezidenti Mixail Saakaşvili Rusiya prezidenti Dmitri Medvedyevi separatçı Cənubi Osetiya Respublikasına səfər etdiyinə görə tənqid edib. Saakaşvili Rusiya prezidentinin separatçı bölgəyə səfərini “Nabucco” layihəsi üzrə sammitə və Barak Obamanın Moskva səfərinə özünəməxsus cavab kimi dəyərləndirib: “Medvedyevin Sxinvaliyə səfəri Rusiya diplomatiya tarixinə analoqu olmayan utandırıcı presedent kimi düşəcək. Kiçik Gürcüstanın lideri ölkə ərazisindən kənarda olan və dünya liderləri ilə qlobal məsələləri həll edən zaman Rusiya prezidenti xəlvəti şəkildə Gürcüstanın bölgələrindən birinə səfər edir və kriminal, korrupsiyaya uğramış rejimlə danışıqlar aparır”.

Gürcüstan parlamentinin sədri David Bakradze də analoji fikirləri səsləndirib: “ABŞ prezidenti Rusiyaya səfəri zamanı Gürcüstanın ərazi bütövlüyünə hörmətlə yanaşılmasının vacibliyini vurğuladı. Təəssüf ki, Rusiya hakimiyyət orqanları bu mesaja layiqincə cavab verə bilmədilər və öz mövqelərini Sxinvaliyə səfər etməklə nümayiş etdirdilər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR