Bank Of Baku

Viktor Yuşşenko Leonid Kuçmanın şəxsi mühafizəsinin rəhbərini Dövlət Mühafizə İdarəsinin rəisi təyin edib

Viktor Yuşşenko Leonid Kuçmanın şəxsi mühafizəsinin rəhbərini Dövlət Mühafizə İdarəsinin rəisi təyin edib
# 14 iyul 2009 16:03 (UTC +04:00)
Bakı – APA. Ukrayna prezidenti Viktor Yuşşenko keçmiş prezident Leonid Kuçmanın şəxsi mühafizəsinin rəhbəri olmuş Aleksandr Birsanı ölkənin Dövlət Mühafizə İdarəsinin rəisi təyin edib. APA-nın Ukrayna mətbuatına istinadən xəbərinə görə, bu barədə prezident fərmanı iyulun 14-də dərc olunub. Digər fərmanla Valeri Geletey bu strukturun rəhbəri vəzifəsindən azad edilib.
Qeyd edək ki, A. Birsan Ukraynanın sabiq prezidenti Leonid Kuçmanın şəxsi mühafizəsinə 1992-1995-ci illərdə rəhbərlik edib. Daha sonra Ukrayna Dövlət Mühafizə İdarəsinin rəis müavini və Ukrayna Təhlükəsizlik Xidmətinin Baş idarə rəisi və “Alfa” qrupunun komandiri olub. Ukrayna Dövlət Mühafizə İdarəsi yüksək rütbəli məmurların, Prezident Katibliyinin, Ali Radanın, Nazirlər Kabinetinin, Ali və Konstitusiya məhkəmələrinin binalarını mühafizə edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR