Bank Of Baku

Moskva rəhbərliyi: “Çerkizov bazarından malların daşınması üçün bir neçə ay vaxt lazımdır”

Moskva rəhbərliyi: “Çerkizov bazarından malların daşınması üçün bir neçə ay vaxt lazımdır”
# 14 iyul 2009 16:13 (UTC +04:00)
Moskva-APA. Çerkizov bazarından bütün malların çıxarılması üçün bir neçə ay vaxt lazımdır. APA-nın məlumatına görə, Moskva şəhər istehlak bazarı və xidmət departamenti rəisini birinci müavini Georgi Smoleevski son günlər bazarın ərazisindən 1500 maşın mal daşındığını deyib. O, bazarın fəaliyyətini bərpa edəcəyi ehtimalının sıfıra bərabər olduğunu deyib. Smoleevski malları daşımaq üçün sahibkarın həmin məhsulun sahibi olduğunu təsdiqləyən sənəd təqdim etməsinin kifayət olduğunu bildirib. Qeyd edək ki, azərbaycanlı Telman İsmayılovun sahibi olduğu bazarın fəaliyyəti iyun ayında dayandırılıb. Bazarda yoxlama zamanı 2 milyard dollar dəyərində qaçaqmal aşkarlanıb. Bazarın bağlanması nəticəsində rəsmi rəqəmlərə görə 100 min nəfər işsiz qalıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR