Bank Of Baku

Rusiyada doğulan uşağa Mahmudəhmədinejad adı qoyulub

Rusiyada doğulan uşağa Mahmudəhmədinejad adı qoyulub
# 15 iyul 2009 09:28 (UTC +04:00)
Sankt-Peterburq-APA. Sankt-Peterburqda yaşayan müsəlman ailəsində dünyaya gələn altıncı oğlan uşağına Mahmudəhmədinejad adı verilib. APA-nın məlumatına görə, əslən Banqladeşdən olan kişi və islam dini qəbul edən rus qadın növbəti övladlarını İran prezidentinin şərəfinə belə adlandırıblar. “Məkkə” islam cəmiyyətinin sədri Rinat Vəliyevin sözlərinə görə, artıq Mahmudəhmədinejada doğum haqqında şəhadətnamə də verilib. O, uşağın anasının bu adı İran prezidentinin siyasətinin bəyənməsi səbəbilə seçdiyini deyib. Qadın qeyd edib ki, əgər hansısa ölkəyə köçmək lazım gəlsəydi, İranda yaşamaqdan imtina etməzdi: “Bu ölkədə stabillik hökm sürür və dövlətə Allahdan başqa heç kimdən qorxmayan bir şəxs rəhbərlik edir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR