Bank Of Baku

ATƏT müşahidəçiləri Abxaziyanı tərk edib

ATƏT müşahidəçiləri Abxaziyanı tərk edib
# 15 iyul 2009 11:30 (UTC +04:00)
Bakı – APA. Bu gün ATƏT müşahidəçilərinin sonuncu qrupu Abxaziyanı tərk edib. APA-nın beynəlxalq xəbər agentliklərinə istinadən xəbərinə görə, onların arasında baş hərbi müşahidəçi, general Ənvər Hüseyn də olub.
ATƏT müşahidəçilərinin Abxaziyanı tərk etməsinə səbəb BMT Təhlükəsizlik Şurasının onların mandatını uzada bilməməsi olub. Rusiya tərəfi müşahidəçilərin fəaliyyəti ilə bağlı sənədlərdə Abxaziyanın müstəqil dövlət statusunda göstərilməsini tələb edib. 1994-cü ildən “BMT-nin Gürcüstandakı missiyası” adı altında fəaliyyət göstərən qrupun statusu ilə bağlı problem 2008-ci il avqustun 26-da Rusiyanın separatçı Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanımasından sonra yaranıb. Bu səbəbdən bu ilin iyununda BMT-nin Cənubi Osetiyadakı missiyası da ərazini tərk edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR