Bank Of Baku

Moskva milisi “Çerkizov” bazarında bomba axtarır

Moskva milisi “Çerkizov” bazarında bomba axtarır
# 15 iyul 2009 12:01 (UTC +04:00)
Bakı – APA. Moskvanın hüquq-mühafizə orqanlarına “Çerkizov” bazarına bomba qoyulması barədə anonim telefon zəngi daxil olub. APA-nın Rusiya mətbuatına istinadən xəbərinə görə, hazırda bazarın ərazisində əməliyyat-axtarış tədbirləri həyata keçirilir. Moskva milisi zəng edən şəxsin kimliyini müəyyənləşdirməyə çalışır.
Qeyd edək ki, iyunun 29-dan fəaliyyəti dayandırılmış “Çerkizov” bazarının 400-dək satıcısı dünən Moskvada etiraz aksiyası keçirib. Onlar Rusiya prezidenti Dmitri Medvedevə müraciət imzalayaraq, bazarın fəaliyyətinin bərpasına göstəriş verməsini xahiş ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR