Bank Of Baku

Moskvada əmək miqrantları üçün ayrılan kvota ixtisar ediləcək

Moskvada əmək miqrantları üçün ayrılan kvota ixtisar ediləcək
# 15 iyul 2009 15:21 (UTC +04:00)
Bakı – APA. 2010-cu ildə Moskvada əcnəbi işçi qüvvəsi üçün müəyyənləşdiriləcək kvota indiki kvotanın üçdə biri qədər ixtisar olunaraq 250 min nəfər olacaq. APA-nın xəbərinə görə, bunu Moskvanın Əmək və Əhalinin Məşğulluğu Departamentinin rəhbəri Oleq Neterebski deyib. O, şəhər üçün 250 min əcnəbi işçinin yetərli olduğunu söyləyib. Halbuki 2009-cu il üçün bu rəqəm 392 min nəfər təşkil edir. Departament rəhbəri moskvalıların öz iş yerlərindən sıxışdırılmasına qarşı olduqlarını vurğulayıb.

Xatırladaq ki, Moskvanın Rabitə və Nəqliyyat Departamentinin rəhbəri Vasili Kiçeji 2010-cu il yanvarın 1-nə qədər Moskvada marşrut avtobuslarında sürücü işləyən bütün miqrantları moskvalıların əvəzləyəcəyini açıqlamışdı.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR