Bank Of Baku

Gürcüstan Türkiyəyə məxsus tankeri müsadirə edib

Gürcüstan Türkiyəyə məxsus tankeri müsadirə edib
# 15 iyul 2009 15:37 (UTC +04:00)
Bakı – APA. Türkiyəyə məxsus “Densa Demet” tankeri Gürcüstanın mülkiyyətinə keçib. APA-nın “Novosti-Qruziya” agentliyinə istinadən xəbərinə görə, apreldə saxlanılmış tankeri 60 min lari (35 min dollar) cərimə etməklə kifayətlənməyən Gürcüstan hökuməti onu müsadirə etmək barədə də qərar verib.
“Densa Demet” tankeri Abxaziyadan qayıdırmış. Aprelin 5-də Gürcüstan Sərhəd Xidmətinin katerləri tərəfindən saxlanılıb. Tankerin heyətinə gəmiçilik qaydalarını pozma və sərhədçilərə tabe olmama ittihamı irəli sürülüb. Qeyd edək ki, son aylar Gürcüstan sərhədçiləri tərəfindən Türkiyəyə məxsus bir neçə gəmi separatçı Abxaziyadan qayıdarkən həbs edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR