Bank Of Baku

Təyyarə qəzasında 35 erməninin ölümü ilə əlaqədar Ermənistanda matəm elan olunub

Təyyarə qəzasında 35 erməninin ölümü ilə əlaqədar Ermənistanda matəm elan olunub
# 15 iyul 2009 16:03 (UTC +04:00)
Bakı – APA. Ermənistan prezidenti Serj Sarkisyan Tehran-İrəvan marşrutu ilə uçan sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı ölkədə 1 günlük matəm elan edib. APA-nın “Novosti-Armeniya” agentliyinə istinadən verdiyi məlumata görə, S. Sarkisyanın imzaladığı fərmanda deyilir ki, təyyarə qəzası nəticəsində çoxsaylı insan itkisi, o cümlədən Ermənistan vətəndaşları və milliyyətcə erməni olan şəxslərin ölümü ilə əlaqədar iyulun 16-da Ermənistanda bir günlük matəm elan olunur.

Qeyd edək ki, qəza nəticəsində 6-sı Ermənistan, 29-u İran vətəndaşı olan 35 erməni ölüb. Onların arasında İran parlamentinin sabiq deputatı Levon Davidyan da var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR