Bank Of Baku

Aktyor Oleq Tabakovu aldadaraq 3,75 milyon rubl pulunu mənimsəmiş qadına qarşı cinayət işi başlanıb

Aktyor Oleq Tabakovu aldadaraq 3,75 milyon rubl pulunu mənimsəmiş qadına qarşı cinayət işi başlanıb
# 16 iyul 2009 13:59 (UTC +04:00)
Moskva-APA. Moskva hüquq-mühafizə orqanları tanınmış aktyor Oleq Tabakovu aldadaraq 3,75 milyon rubl pulunu mənimsəmiş dələduz qadının fəaliyyətini araşdırmağa başlayıb. APA-nın məlumatına görə, aktyor aldadılması ilə bağlı milisə aprel ayında müraciət edib. Araşdırma zamanı maraqlı faktlar üzə çıxıb. Məlum olub ki, aktyor 2006-cı ildə bağ evinin tikintisi ilə əlaqədar 52 yaşlı Yelena adlı qadınla müqavilə imzalayıb və 1 milyon rubl və 2 min dollar pul ödəyib. Daha sonra aktyorla qadın arasında İtaliyadan xüsusi mebel gətirilməsinə dair 50 min avro dəyərində müqavilə imzalanıb. Lakin ödənən pulun müqabilində qadın heç bir iş görməyib və bütün məbləği mənimsəyib. Faktla bağlı dələduzluq maddəsi üzrə cinayət işi başlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR