Bank Of Baku

Daşnaklar Qarabağ probleminin həlli ilə bağlı parlament dinləmələrinin keçirilməsini istəyirlər

Daşnaklar Qarabağ probleminin həlli ilə bağlı parlament dinləmələrinin keçirilməsini istəyirlər
# 16 iyul 2009 15:34 (UTC +04:00)
Bakı – APA. Erməni İnqilabi Federasiyası Daşnaksutyun sentyabr ayında Qarabağ probleminin həlli və Türkiyə ilə münasibətlərə dair parlament dinləmələrinin keçirilməsi təşəbbüsünü irəli sürəcək. APA-nın “Novosti-Armeniya” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Ermənistan parlamentinin Xarici əlaqələr komissiyasının sədri, Daşnaksutyunun liderlərindən biri olan Armen Rustamyan deyib. O, daha əvvəl Ermənistan-Türkiyə münasibətlərinə dair dinləmələr keçirilməsini təklif etdiklərini, lakin bu təklifin yalnız müxalifətdəki “İrs” fraksiyası tərəfindən dəstəkləndiyini söyləyib: “Biz Ermənistan-Türkiyə, Ermənistan-Azərbaycan münasibətləri, eləcə də Türkiyə-Azərbaycan tandemi ilə bağlı müzakirələr keçirilməsini vacib sayırıq. Bu istiqamətlər üzrə milli təhlükəsizlik konsepsiyasına uyğun olaraq təsirli addımlar müəyyənləşdirilməlidir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR