Bank Of Baku

Dağıstanda imam köməkçisinə sui-qəsd olunub

Dağıstanda imam köməkçisinə sui-qəsd olunub
# 18 iyul 2009 08:53 (UTC +04:00)
Buynaksk-APA. Dağıstanda Buynaksk şəhər məscidi imamının müavini İslam Məcidova sui-qəsd olunub. APA-nın məlumatına görə, dünən günorta saatlarında Məcidovun evinə soxulan silahlılar onu öldürmək istəyiblər. İmamın köməkçisi müqavimət göstərib və hücum edənlərdən birini yaralayıb. Cinayətkarlar qaçaraq gizlənməyə nail olublar. Hüquq-mühafizə orqanlarının əməkdaşları yaralı şəxsi həbs etmək istəsələr də, o, milis əməkdaşlarına əl qumbarası atıb. Milislər atəş açaraq yaralını zərərsizləşdiriblər. Yaralı şəxsin Buynaksk silahlılarının lideri Nəbu Miqitdinovun oğlu Eldar Miqiddinov olduğu müəyyənləşib. İmam köməkçisinin evinə hücum edən ikinci şəxsin axtarışı davam edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR